Sabunçu rayonu, Böyükşor gölündəki körpüdə yol qəzası baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az xəbər verir.
Belə ki, “VAZ-2107” markalı avtomobil körpünün şəhər istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “Chevrolet Captiva” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə hər 2 maşına ziyan dəyib, yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/video1.mp4"][/video]