Paytaxtın Sabunçu rayonu, Böyükşor gölündə kişi meyiti tapılıb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə naməlum kişi meyitinin tapılması barədə FHN-ə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar cəsədi göldən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.