Sabunçu rayonu, Böyükşor qəsəbəsində hədələmə ilə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qurbanəlizadə adıçəkilən qəsəbə ərazisində bir nəfəri hədələyərək içərisində telefon olan çantasını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.