Paytaxtın Nizami rayonu, Babək prospektində gecə saatlarında baş vermiş yol qəzasında bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 23 may tarixində Lent.az məlumat verib.
“Toyota” markalı avtomobilin sürücüsü yanacağı bitdiyinə görə nəqliyyat vasitəsini yolun kənarında saxlayıb. Eyni istiqamətdə hərəkət edən digər “Toyota”-nın sürücüsü idarəetməni itirərək sözügedən avtomobilə çırpılıb. Nəticədə parklanmış “Toyota” onun qabağında dayanan evakuatora çırpılıb.
Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_45498" align="alignnone" width="800"]
Foto Lent.az[/caption]