Bakının Xətai rayonu, Babək prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Hadisə ötən gün baş verib. Yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirərək və iki nəqliyyat vasitəsi arasında ilişərək avtomobilini körpüdən aşırıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
[video width="402" height="306" mp4="https://bakuplus.az/storage/photos/2023/10/video_2023-10-16_09-22-00.mp4"][/video]