Səbail rayonunda eyvanlardakı zivələrdən geyim əşyaları oğurlanıb. Bu haqda 12 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Fevralın 11-də gecə vaxtı Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini H.Səfərova saxlanılıb.
Məlum olub ki, o, qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlayıb.