Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən anbardan oğurluq edilib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbasinə verilən məlumata görə, anbardan 18.340 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.