Paytaxtın Səbail rayonu, "Bulvar" ərazisində 1 nəfər intihara cəhd edib. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Özünü dənizə atmış Aytən Fərzəlizadə FHN-nin dalğıc qrupu tərəfindən huşsuz vəziyyətdə sudan çıxarılıb, ona dərhal ilkin yardım göstərilib.
Xilas olunmuş qadın daha sonra aidiyyəti üzrə təhvil verilib.