Paytaxtın Sabunçu rayonunda tanış olduğu qadınların evindən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Elman Eminov “Azar” sosial şəbəkəsində tanış olduğu xanımın evindən 100 ABŞ dolları məbləğində pul və ümumi dəyəri 4000 AZN olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Keçirilən daha bir əməliyyat zamanı parfümeriya mağazasında satıcının telefonunu oğurlayan Xəqani İsmayılov şübhəli şəxs qismində saxlanılıb.
Hər 2 şəxs barəsində araşdırmalara başlanılıb.