Bakıda tanışını öldürən şəxsin məhkəməsi keçirilib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Təqsirləndirilən şəxsin şikayəti əsasında keçirilən iclasda 28 yaşlı Namiq Səfərova verilən cəza dəyişdirilməyib. O, 18 il müddətinə azadlıqdan məhrum olunub.
Təqsirkar 2019-cu ilin oktyabr ayında aralarında yaranan mübahisə zamanı 35 yaşlı Ramal Kazımovu bıçaqlayaraq öldürmüşdü. O, izahatında hadisəni tək törətdiyini və sol qolu olmasa da, bunun ona mane olmadığını bildirmişdi.