Bakıda evdən 110.000 ABŞ dolları oğurlayanlardan daha 2 nəfər tutulub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ötən gün saxlanılan Üzeyir Bayramovla yanaşı, daha 2 nəfər - Niyazi Məmmədov və Namik Bayramov tutulublar.
Araşdırma zamanı məlum olub ki, təklif Ü.Bayramov tərəfindən olub. Onlar Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.
Saxlanılan şəxslərin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Daha öncə, ötən gün məsələ ilə bağlı 1 nəfərin tutulması haqda məlumat verilmişdir.