Xəzər dənizində yeniyetmə batıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə 12 yaşlı Mirfərhad Damədovun meyiti FHN əməkdaşları tərəfindən tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.