Bakıda velosiped oğurlayan şəxs saxlanılıb. Bu haqda 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda avqustun 13-də evlərin birindən ümumi dəyəri 1535 manat olan 7 velosiped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.