Sabunçu rayonunda adam bıçaqlayan şəxs tutulub. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə eyniadlı qəsəbədə baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı B.İbayev naməlum səbəbdən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Hüseynova bıçaqla xəsarət yetirib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.