Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb. Bu haqda Report 25 dekabr tarixində xəbər verib.
Paytaxtın Nizami rayonunda 40 yaşlı Nuranə Hüseynova yolu keçərkən onu avtomobil vurub.
Digər oxşar hadisə Xətai rayonunda baş verib. “Ukrayna dairəsin”də yolu keçən 27 yaşlı Sevda Sadıqovanı avtomobil vurub.
Hər iki yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.