Bakıda gənc bıçaqlanıb. Hadisə Yasamal rayonunda baş verib. Bu haqda Report xəbər verib.
21 yaşlı Aqil Fərhadov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Fərhadov təcili tibbi yardımı vasitəsilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.