Bakıda 24 gün əvvəl törədilmiş qətlin üstü “isti izlərlə” açılıb. Bu haqda BakuPlus.az Baş Prokurorluğa istinadən bu gün, 17 may tarixində xəbər verir.
Aprelin 23-də Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 36 yaşlı Şamil Əliyevi qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini, 33 yaşlı Emil Ağayev saxlanılıb.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ş.Əliyevin çürüməyə məruz qalmış meyiti üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə mayın 6-sı yaşadığı evdə aşkarlanmışdır.