Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
Report.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 29 yaşlı Ramil Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çarpılaraq aşıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çox saylı yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.