Bakıda bir neçə nəfərin bank hesabından oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Salyan rayon sakini M.Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Əliyev və qardaşı A.Əliyev Salyan rayon sakini olan digər şəxsin 1422 AZN, Bakı şəhər sakinin isə 80 AZN pulunu talayıblar.
Şübhəli şəxslər barəsində araşdırma aparılır.