Paytaxtda quldurluq hadisəsi baş verib.
Yasamal rayonu ərazisində 3 yeniyetmənin pulunun, mobil telefonunun və qulaqcığının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.