Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərin birində qəsd etməyə cəhd qeydə alınıb. Bu haqda bu gün, 20 fevral tarixində Qafqazinfo məlumat verib.
42 yaşlı kişi 62 yaşlı anasını boğmağa çalışıb. Qadın koma vəziyyətində xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Qadın dindirilib, oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.