Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində velosipedçi xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən 23 fevral tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində velosipedlə hərəkətdə olan 43 yaşlı Eldar İsmayılovu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.