Paytaxtın Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 300 kv.m olan və 1 dam altında inşa edilən birmərtəbəli yaşayış evləri ümumilikdə 100 kv.m sahədə alışıb, eləcə də tavan 25 kv.m sahədə kül olub. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Yaşayış evində 5 ailə yaşayırdı.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.