Paytaxtın Nizami rayonunda yaşlı kişi qətlə yetirilib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə 8 may saat 17:30 radələrində baş verib. 63 yaşlı Hidayət Cəfərov küt alətlə 73 yaşlı Fərman Hüseynovu qətlə yetirib. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.