Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində ahıl kişi faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
85 yaşlı Xalid Yusubov yaşadığı evin hamamında yıxılaraq boynu sınıb. Kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.