Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 fevral tarixində Report məlumat verib.
71 yaşlı Nəriman Mürsəlov yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Kişi müştərək travma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.