top
Bakıda ana və iki uşaq öldürülüb: cinayətin təfərrüatları məlum olub
21 fevral 2022, 02:46
- ↺ +

Bakıda ana və iki uşaq öldürülüb: cinayətin təfərrüatları məlum olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ana və iki uşağın ölümü ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda 21 fevral tarixində 1news.az məlumat verib.

Nizami rayonu, “8-ci kilometr” qəsəbəsində fevralın 20-si Sabirabad rayon sakinləri 39 yaşlı Gülnar Qaraxanova, onun övladları 14 yaşlı Lamiyə Qaraxanlı və 11 yaşlı Ataxan Qaraxanlı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə qətlə yetirilmişdirlər.

Qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR sürücüsüdür. Qaraxanovanın bacısının əri, 41 yaşlı Əhəd Əliyev baldızının ərinin ölkə xaricində olmasından istifadə edərək pul oğurlamaq məqsədilə cinayət törədib. Onun 23.000 manat borcu olub. Çıxış yolu kimi, Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20.000 manat ondan dəlil kimi aşkar edilərək götürülüb.

Həmin gün, axşam saatlarında qətlə yetirilən qadının uşaqlarının səsini eşidən qonşular qapını açmağa çalışıblar. Buna nail ola bilməyincə, onlar polisə müraciət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları bunun ailə münaqişəsi olduğunu, içəri girməyə haqları olmadığını, qonşuların dağılmasının daha yaxşı olduğunu deyiblər. Polis gedəndən az sonra qışqırıqlar kəsilib. Səhər saatlarında qadının və iki azyaşlı uşağının öldürüldüyü məlum olub.

Əhəd Əliyev DİN əməkdaşları tərəfindən Quba ərazisindən ölkəni tərk edərkən saxlanılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin "İki və ya daha çox şəxsi öldürmə" maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, o, təxminən 2007-ci ildən 2014-cü ilə qədər Sabirabadda məktəb direktoru vəzifəsində çalışıb.

“Daxili İşlər Nazirliyində bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək”, - DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Son xəbərlər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər