Nərimanov rayonunda aptekdən oğurluq edilib. Bu haqda 27 yanvar tarixində APA məlumat verib.
Yanvarın 21-nə keçən gecə N.Hacıyev küçəsindəki apteklərin birindən 700 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.