Polis bölməsində həyat yoldaşını güllələyən Nizami rayon Polis İdarəsinin patrul-mühafizə xidmətinin əməkdaşı İsmayıl Məmmədovun istintaqı başa çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti bu gün, 29 dekabr tarixində məlumat yayıb.
İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sentyabrın 30-da saat 09:00 radələrində İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədova 24-cü polis şöbəsinə ailə münaqişəsi barəsində şikayətə gəlmişdir. Bundan xəbər tutan polis əməkdaşı şöbəyə gələrək xidməti silahla orada kiçik uşağının gözü qarşısında arvadını qətlə yetirmişdir.