Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Saməddin Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda bu gün, 1 iyul tarixində APA məlumat verib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rahib Salmanov tərəfindən baxılacaq. Məhkəmənin ilk iclasının vaxtı barədə məlumat hələ ki verilməyib.
Hadisə cari ilin mart ayında baş vermişdir. 35 yaşlı Saməddin Həsənov qısqanclıq üstündə həyat yoldaşı 27 yaşlı Ülviyyə Həsənovanı bıçaqla qətlə yetirmişdir.