Bakının Səbail rayonu ərazisində avtoxuliqanlıq edən taksi sürücüləri məsuliyyətə cəlb ediliblər. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Təhlükəli manevrlər edən “Toyota Prius” markalı avtomobillərin sürücüləri Ziya Hacıyev və Ramin İsrayılov saxlanılıblar. Onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü 500 manat cərimə edilib, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.