Bakının Binə qəsəbəsi, "Sovxoz" yaşayış sahəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) 27 iyun tarixində axşam saatlarında yayıb.
Saat 15:30 radələrində karyer daşı ilə yüklənmiş “ZİL” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusu vurub.
Avtobus son dayanacaqda dayanaraq marşruta çıxışı gözləyirdi. Bu səbəbdən kabinədə adam olmayıb. Avtovusa ciddi maddi ziyan dəyib.