Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 3 mart tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda avtomobil yolu keçmək istəyən 60 yaşlı Şahin Əhmədovu vurub.
Xəstəxanaya çatdırılan yaralıya sol iç topuğun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.