Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 fevral tarixində xəbər verir.
Fevralın 19-da Nizami Rayonu, Ə.Vəliyev küçəsində Bakı şəhər sakini F.Həsənova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tərtər rayon sakini C.Hüseynov Nəsimi rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.