Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 6 iyun tarixində Report məlumat verib.
Nərimanov rayonu ərazisində yolu keçən Nazim Nağıyevi “Land Rover” markalı avtomobilin sürücüsü E.Rüstəmov vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.