Bakıda avtomobil yanıb. Bu haqda 17 iyun tarixində BAKU.WS məlumat verib.
Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 125-126 ünvanında, “Volkswagen Passat” markalı avtomobil qəfil alışıb və yanmağa başlayıb.
Hadisə yerinə FHN-in Yanğınsöndürmə komandası cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı sürücünün əli yanıb.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.