Bakıda piyada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
Xətai rayonu, 8 Noyabr prospektində avtomobil yolu keçən 32 yaşlı Ağaxan Əliyevi vurub. Sərxoş vəziyyətdə olan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.