Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyada iştirakı ilə yol qəzası baş verib. Bu haqda APA bu gün, 30 noyabr tarixində gecə saatlarında məlumat verib.
72 yaşlı Tamara Diləmova yolu keçərkən onu avtomobil vurub. Qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Daha öncə, 25 noyabr tarixində paytaxtın Nəsimi rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən yayınmışdır. Sürücünün saxlanılması istiqamətində tədbirlər aparılır.