Bakının Xətai rayonu, metronun “Əhmədli” stansiyasına yaxın ərazidə gecə saatlarında qeyri-adi oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Həyətdə ağ rəngli “Hyundai Santa Fe” markalı avtomobili idarə edən naməlum şəxs avtomobildən düşərək parklanmış “Opel Astra”ya yaxınlaşıb və onun arxa dövlət nömrə nişanını qoparıb, daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşıb.
İlkin ehtimala görə, kişi “Opel”in sahibinin həyətdə “onun yerində” saxlamasından narazı olub.
Faktla bağlı araşdırma aparılır.