Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Nadir Qurbanov Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində dayanan “Ford” markalı avtomobildən 1600 AZN pul və mobil telefon oğurlamaqda şübhəli bilinir.
Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev Nizami rayonu ərazisində dayanan “Hyundai” markalı nəqliyyat vasitəsindən içərisində pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinir.
Hər 2 şəxs barəsində araşdırmalar davam edir.