Paytaxtda yol qəzası baş verib.
Report.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 41 yaşlı Tahir Əlizadə yaralanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.