Zığ şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“BMW” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı beton maneəyə çarpılaraq aşıb. Araşdırma zamanı sürücünün avtoyuma məntəqəsinin işçisi olduğu, avtomobili narkotik maddənin təsiri altında idarə etdiyi məlum olub.