Paytaxtın Xətai rayonunda axtarışda olan oğru saxlanılıb. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Oğurluq üstündə axtarışda olan S.Hüseynov adıçəkilən rayon ərazisində yerləşən evlərin birindən 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.