Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/44 ünvanında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 20 iyun tarixində Qafqazinfo məlumat verib.
Verilən məlumata əsasən, 16 yaşlı Röya Kazımova velosiped sürərkən yıxılıb. Aldığı xəsarətlərdən qız dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.