Bakıda sürücü qəzaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində “Hyundai”-ın sürücüsü deformasiyaya uğrayan avtomobilin salonunda sıxılıb qalıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Sürücünü avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yenilənmə: 12:15
Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş qəzada bir nəfər həyatını itirib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
“Hyundai” markalı avtomobilin sürücüsü C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib.