Bakının Nizami rayonunda mobil telefon oğurlamaqda şübhəli bilinən kişi saxlanılıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, iyunun 27-də bir nəfərin 2000 manat dəyərində mobil telefonu oğurlanıb.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini E.Mikiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.