Bank hesabından pul oğurlayan iki nəfər dələduz saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəzər və Nərimanov RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Beyləqan və Bakı şəhər sakinləri V.Məmmədov və F.Qənbərov tutulublar.
Onlar müvafiq olaraq Z.Yusifovun və V.Əhmədovun bank hesabından 1593 və 500 manat pul oğurlamaqda şübhəli bilinirlər.
Hər iki faktla bağlı araşdırmalar davam edir.