Yenilənib:
Bankdan verilən məlumata əsasən, "Unibank"ın Təbriz küçəsi, 94 ünvanında yerləşən filialında hər-hansı bir insident yaşanmayıb və bankın, ümumiyyətlə, Lətif Bağırov adlı əməkdaşı yoxdur.
10:47 - "Unibank"ın əməkdaşı döyülüb
Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 94 ünvanında mühafizəçi döyülüb. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ünvanda yerləşən “Unibank”ın əməkdaşı, 29 yaşlı Lətif Bağırov işdə olan zaman naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar aparılır.
[caption id="attachment_93309" align="alignnone" width="640"]
Foto apa.az[/caption]