Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Xəzər rayonu, Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və onların 2 övladı xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Qəza zamanı xəsarət alan azyaşlılardan birinin 14 yaşlı Səid Məhərrəmli olduğu müəyyən olunub.
Hadisənin təfərrüatı araşdırılır.