Bakıda zorlama hadisəsi baş verib. Bu barədə BakuPlus.az Lent.az-a istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Səbail rayonunda paytaxt sakini, 24 yaşlı N.A. polisə ərizə ilə müraciət edərək yaşadığı evdə ərinin əmisi oğlu, 20 yaşlı N.C.-nin onu zorladığını bildirib.
Şikayətçi ərizəsində N.C.-nin ona əvvəlcə hədə-qorxu gəldiyini, istədiyinə nail ola bilmədikdə isə zorla cinsi əlaqədə olduğunu deyib.
Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.